Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcər və Laçında bölmələrimiz artilleriya atəşinə tutuldu - <font color=red><b>MN</b></font>

10:05 - 14 Sentyabr 2022 tarixində dərc olunub.

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Müəllif: