Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Səlcuq Bayraktar: </b></font> "Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm"

08:39 - 14 Sentyabr 2022 tarixində dərc olunub.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, o, başsağlığını Tvitterdə #Azerbaycan həştəqi ilə paylaşıb.
Paylaşımda deyilir:

“Qardaş ölkəmiz #Azerbaycan’a qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.
Biz birik! Biz birlikdəyik!”

Müəllif: