Ucnoqta.az
www.ucnoqta.az

İstanbulun mərkəzində atışma:<font color=red><b> Çox sayda insan yaralanıb - VİDEO</b></font>

13:20 - 13 Sentyabr 2022 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərində iki mağaza sahibi arasında atışma görüntüləri yayılıb. 

Hadisə Eminönü yeraltı ticarət mərkəzində baş verib.

Tacettin G. adlı mağaza sahibi Mehmet T. adlı digər mağazanın sahibi ilə dükan almaq üstündə mübahisə edib. Daha sonra onların ətraflarındakı qruplar əllərində silahlar və dəyənəklərlə davaya başlayıblar. Hadisə nəticəsində yeddi nəfər yaralanıb.

Faktla bağlı üç şübhəli tutulub.///oxu.az

Müəllif: