Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edir

15:05 - 12 Sentyabr 2022 tarixində dərc olunub.

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.

 

Müəllif: