Ucnoqta.az
www.ucnoqta.az

Qadının bank hesabından 1200 manat oğurlanıb

10:13 - 10 Sentyabr 2022 tarixində dərc olunub.
Qadının bank hesabından 1200 manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Müşfiq Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Müəllif: