Ucnoqta.az
www.ucnoqta.az

İnternat məktəblərinə müsahibə mərhələsinin nəticələri <font color=red><b>açıqlandı</b></font>

20:47 - 9 Sentyabr 2022 tarixində dərc olunub.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu haqda Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 26 avqust tarixində keçirilən internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müəllif: