Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa yoluxanların sayı<font color=red><b> AÇIQLANDI</b></font>

18:34 - 8 Sentyabr 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, 9 843 nəfər vəfat edib, aktiv xəstə sayı 3 027 nəfərdir.

Ölkədə son sutka ərzində 3 772, hazırkı dövrədək isə 7 184 639 test aparılıb.

 

 

Müəllif: