Ucnoqta.az
www.ucnoqta.az

Zərdabda qaz olmayacaq

16:41 - 8 Sentyabr 2022 tarixində dərc olunub.

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Zərdab” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 09.09.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Müəllif: