Ucnoqta.az
www.ucnoqta.az

TƏBİB-ə icraçı direktor <font color=red><b>təyin edildi</b></font>

16:10 - 8 Sentyabr 2022 tarixində dərc olunub.

Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Ucnoqta.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

İclasda Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.

Müəllif: