Ucnoqta.az
www.ucnoqta.az

"Səni axtarıram" yenidən efirdə - <font color=red><b>VİDEO</b></font>

14:15 - 8 Sentyabr 2022 tarixində dərc olunub.

Azərbaycanın ilk axtarışı verilişi olaraq 13 ildir dünyanın müxtəlif ölklərində itkinləri taparaq ailələrinə qovuşdurmaq missiyasını həyata keçirən tanınmış aparıcı Xoşqədəm Hidayətqızının təqdimatı ilə "Səni axtarıram" verilişi yeni mövsümə başlayır. 

Ucnoqta.az xəbər verir ki, veriliş sentyabrın 12-dən etibarən həftəiçi beş gün saat 15:00-da ARB telekanalında efirdə olacaq.
Qeyd edək ki, efirdə olduğu 13 il ərzində "Səni axtarıram" çox sayda müalicə və müayinəyə ehtiyacı olan insanların, azyaşlıların sağlamlığına qovuşması üçün müxtəlif aksiyalar həyata keçirib, yardımlar edib.

Sosial problemlərin həlli, axtarışılarınızla bağlı "Səni axtarıram" verilişinin telefon nömrələrinə yaza və ya zəng edə bilərsiniz.


+994 50 501 01 47

+994 50 277 18 25 

Müəllif: