Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada itkiləri açıqlandı

11:03 - 8 Sentyabr 2022 tarixində dərc olunub.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 51250-dən çox hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 112 tank, 4 557 zirehli döyüş maşını, 1 226 artilleriya sistemi, 305 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 210 helikopter, 884 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 344 avtomobil texnikası və avtosistern, 110 xüsusi texnikadan ibarətdir.

Müəllif: