Ucnoqta.az
www.ucnoqta.az

"Brent" nefti kəskin ucuzlaşdı

23:51 - 7 Sentyabr 2022 tarixində dərc olunub.

"Brent" markalı neft fevralın 1-dən indiyədək ilk dəfə bir barel üçün 88 ABŞ dollarından aşağı düşüb.

"Report" xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neft 5,35% dəyər itirərək 87,86 dollar/barelə qədər ucuzlaşıb.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 5,84% 1 barel üçün 81,81 ABŞ dolları təşkil edib.

Müəllif: