Ucnoqta.az
www.ucnoqta.az

Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

17:44 - 7 Sentyabr 2022 tarixində dərc olunub.

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.

Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: