Ucnoqta.az
www.ucnoqta.az

"ADEX 2022"də yerli minaatanlar nümayiş etdirildi - <font color=red><b>FOTO</b></font>

15:42 - 6 Sentyabr 2022 tarixində dərc olunub.

Müdafiə Sənayesi Nazirliyi Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində yerli minaatanlar nümayiş etdirib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, 120 millimetrlik minaatan 43 saniyə ərzində 8 mina buraxmaq gücündədir. Mərmilərin atış məsafəsi 7 kilometrə çatır.

Bundan başqa, nazirlik daha kiçik kalibrli minaatanlar təqdim edib. Bu silahların atış məsafəsi 2-4 kilometr təşkil edir.

Minaatanlar 40, 60, 82, eləcə də 120 millimetrlik minalarla təmin oluna bilər.

Müəllif: