Ucnoqta.az
www.ucnoqta.az

Emin Əmrullayev 5 rayonun sakinlərini qəbul edəcək

15:30 - 6 Sentyabr 2022 tarixində dərc olunub.

Elm və Təhsil naziri Emin Əmrullayev sentyabrın 28-də Salyan şəhərində qəbul keçirəcək

Ucnoqta.az xəbər verir ki, qəbulda Şirvan şəhəri, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında qeydiyyatda olan sakinlər, o cümlədən bu ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar iştirak edə bilər.

Qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 16 sentyabr 2022-ci il saat 18:00-dək Təhsil Nazirliyinin 146-6 nömrəli Çağrı Mərkəzinə zəng, Nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
 

Müəllif: