Ucnoqta.az
www.ucnoqta.az

Uşaqlara işgəncə verənlər <font color=red><b>ev dustaqlığına buraxıldı</b></font>

20:09 - 5 Sentyabr 2022 tarixində dərc olunub.

Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verən şəxslərlə bağlı istintaq orqanlarının vəsatəti məhkəməyə təqdim olunub. 

Nizami Rayon Məhkəməsindən Ucnoqta.az-a daxil olan məlumata görə, direktor Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbiri və vəzifədən kənarlaşdırma tələb edilib.

Məhkəmə bu gün axşam növbətçi hakim tərəfindən və ya sabah keçiriləcək.

Qeyd edək ki, 2 gün öncə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.


18:50

Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətləri məhkəməyə daxil olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində daxil olan vəsatətlərdə hər üç şəxs barəsində 3 aylıq ev dustağı qətimkan tədbirinin seçilməsi və vəzifədən kənarlaşdırılması göstərilib.

İşlər hakim Nigar Qədirlinin icraatına verilib və yaxın saatlarda baxılacaq.

Nizami rayon Məhkəməsinin spiker hakimi Qumru Əliyeva faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif: