Ucnoqta.az
www.ucnoqta.az

Bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər <font color=red><b>Ekspert</b></font>

14:03 - 2 Sentyabr 2022 tarixində dərc olunub.

"1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndinə yerləşməsinə sıradan hadisə deyil. Bu 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribatdır".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda gərək Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sərkisyan qayıtmalıydılar. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər. Analitikin sözlərinə görə, Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır.

"Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Vardanyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Araik Arutunyanı Ruben Vardanyanla əvəz etmək etmək planının varlığı istisna etmək olmaz. Araik Arutunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Vardanyan “Qarabağa gəlin” çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orda da əli silahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Vardanyan siyasi gedişinə harda yaşamasından asılı olmayaraq azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?" - deyə politoloq qeyd edib.

Müəllif: