Ucnoqta.az
www.ucnoqta.az

Sabah temperatur <font color=red><b>40°-dək</b></font> yüksələcək

12:31 - 1 Sentyabr 2022 tarixində dərc olunub.

Sentyabrın 2-də gözlənilən hava məlumatı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 35-40°, dağlarda gecə 12-17°, gündüz 24-29° isti olacaq.

Müəllif: