Ucnoqta.az
www.ucnoqta.az

Sabah Abşeronun bir hissəsində qaz olmayacaq

12:15 - 1 Sentyabr 2022 tarixində dərc olunub.

Sabah Abşeron rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, sabah saat 08:00-dan işlər başa çatanadək “Novxanı” və “Mehdiabad” QPS-lərdən, “SOCAR PETROLEUM” QSC-yə məxsus 20 saylı yanacaq doldurma məntəqəsi ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Novxanı kəndinin, Bağlar massivinin və Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: