Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadını qatar vurub

08:37 - 1 Sentyabr 2022 tarixində dərc olunub.

Bakının Qaradağ rayonunda bir nəfəri qatar vuraraq komaya salıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəbiyeva Məhbubə Musaxan qızı dəmiryol xəttindən keçərkən onu yük qatarı vurub. Qadın aldığı xəsarətlərdən komaya düşüb. O Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.///apa

Müəllif: