Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə "Jiquli" atı vurdu, <font color=red><b>xəsarət alanlar var</b></font>

19:58 - 31 Avqust 2022 tarixində dərc olunub.

Balakəndə avtomobil atı vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Balakən rayonunun Talalar kəndi ərazisində qeydə alınıb. Azər Hacıyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobil atı vurub.

Nəticədə sürücü A.Hacıyev və sərnişinləri, 17 yaşlı rayonun Hənifə kənd sakini Əmrah Həsənov, 17 yaşlı Qazma kənd sakini Fərid Zohorov, 26 yaşlı Talalar kənd sakini Amid Bayramov, 18 yaşlı Qazma kənd sakini Ərəstun Müftəliyev müxrəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Müəllif: