Ucnoqta.az
www.ucnoqta.az

Qətl törədən 19 yaşlı gənc saxlanıldı

16:15 - 31 Avqust 2022 tarixində dərc olunub.
Ötən gecə saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində qətl törədilib. Nərimanov Rayon Prokurorluğundan Ucnoqta.az-a bildirilib ki, 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.
Müəllif: