Xəbər verdiyimiz kimi, Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiklərini görmək mümkündür.
Xatırladaq ki, Ermənistan mediası daha əvvəl Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.