Ucnoqta.az
www.ucnoqta.az

Bakıda itkin düşmüş bacılar tapıldı -<font color=red><b> YENİLƏNİB</b></font>

10:18 - 31 Avqust 2022 tarixində dərc olunub.

Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb.

Ucnoqta.az xəbər verir ki, onlar yaşadıqları ünvana qeri qayıdıblar.

Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər.

Hazırda onların vəziyyəti normaldır.

09:51

Bakıda gənc bacılar itkin düşüb.


"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: