Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda yol qəzası olub, xəsarət alanlar var

23:21 - 30 Avqust 2022 tarixində dərc olunub.

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan biri Oğuz Rayon Mərkəzi Xəstəxanasına, digərinin vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: