Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" Vadjini bu qiymətə satıb - <font color=red><b>REKORD MƏBLƏĞ</b></font>

21:22 - 30 Avqust 2022 tarixində dərc olunub.

Fransa 2-ci Liqa klubu "Sent-Etyen"in İbrahima Vadji üçün "Qarabağ"a ödədiyi məbləğ bəlli olub.

Ucnoqta.az "Transfermarkt"ə istinadən xəbər verir ki, Fransa klubu Ağdam təmsilçisinə 1 milyon 650 min avro ödəniş edib. "Qarabağ" 27 yaşlı hücumçunu 2021-ci ilində  "Höuqesunn" (Norveç) klubundan 500 min avroya transfer etmişdi.

Qeyd edək ki, bu, Azərbaycan futbol tarixinə ən bahalı transfer olaraq keçib. İkinci ən bahalı transfer 2010-cu ildə "Qarabağ"ın 1 milyon avroya "Tvente"yə (Niderlan) satdığı Vaqif Cavadovdur.///offsideplus

Müəllif: