Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə cinsi zorakılığa məruz qalan azyaşlı və anası ilə psixoloji söhbət aparılıb

17:26 - 30 Avqust 2022 tarixində dərc olunub.

Bərdə rayonunda yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi zorakılıq faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirməkdədir.

Komitədən Ucnoqta.az-a verilən xəbərə görə, bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. 30 avqust tarixində isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb olunub.

Müəllif: