Ucnoqta.az
www.ucnoqta.az

Qubadlıda mina partlaması ilə bağlı araşdırma başlanılıb

12:21 - 30 Avqust 2022 tarixində dərc olunub.

Qubadlı Rayon Prokurorluğunda minana partlaması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Ucnoqta.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: