Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "Texnofest" işinə başlayır.
Ucnoqta.az xəbər verir ki, festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər günü"nə həsr olunub. Sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.