Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda mənzildə meyit aşkarlanıb

08:31 - 30 Avqust 2022 tarixində dərc olunub.

Sumqayıtda meyit aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərdə bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: