Ucnoqta.az
www.ucnoqta.az

DTX-də Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub

19:46 - 29 Avqust 2022 tarixində dərc olunub.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Bu barədə Ucnoqta.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

Müəllif: