Ucnoqta.az
www.ucnoqta.az

Laçın dəhlizinə alternativ yol bu tarixdən istifadəyə veriləcək

15:31 - 29 Avqust 2022 tarixində dərc olunub.

Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlaşması işləri bitib.

Bundan əvvəl yoldan istifadə olunmasına avqustun 31-də başlanacağı bildirilmişdi.

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.

Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.

Müəllif: