Ucnoqta.az
www.ucnoqta.az

Leyla Abdullayevaya yeni vəzifə verildi

10:33 - 29 Avqust 2022 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

Ucnoqta.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.

Digər bir məlumata əsasən isə qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

 

Müəllif: