Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 23 avtobus gecikir

20:50 - 28 Avqust 2022 tarixində dərc olunub.

Hazırda paytaxtın Bakı-Sumqayıt şossesi - Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində yaranan sıxlıq səbəbindən 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, 15 müntəzəm marşrut xətti üzrə 23 avtobusun hərəkət intervalında gecikmələr var.

Müəllif: