Ucnoqta.az
www.ucnoqta.az

Şabranda "Prius" 12 yaşlı uşağı vurub öldürüb

18:53 - 27 Avqust 2022 tarixində dərc olunub.

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü

Skokov İqor Sergeyeviç idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Şabran rayonu, Ağalıq kənd sakini 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Xəsarət alan şəxs Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.///apa

Müəllif: