Ucnoqta.az
www.ucnoqta.az

Generalın nəticəsi Kəlbəcərdə qəzada <font color=red><b>ÖLDÜ - FOTO</b></font>

21:26 - 26 Avqust 2022 tarixində dərc olunub.

Kəlbəcərdə hərbi qulluqçumuz qəza nəticəsində ölüb.

"Unikal"-ın məlumatına görə, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb. Hərəkətdə olan Azərbaycan Ordusuna məxsus  "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1995-ci il təvəllüdlü Zaqatala rayon sakini, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Vahid Ərəblinski vəfat edib.

Qeyd  edək ki vəfat edən hərbiçimiz general Balakişi Ərəblinskinin nəticəsidir.

Müəllif: