Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü - <font color=red><b>Foto</b></font>

15:34 - 26 Avqust 2022 tarixində dərc olunub.

Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.

Müəllif: