Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda avtomobil aşıb, sürücü ölüb

09:40 - 26 Avqust 2022 tarixində dərc olunub.

Beyləqanda avtomobil aşıb.

Hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Novruz Qasımov idarəetdiyi "VAZ 21150" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxararaq aşırıb. Nəticədə, Novruz Qasımov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.///Apa

Müəllif: