Ucnoqta.az
www.ucnoqta.az

Oğuzdakı meşə yanğını söndürüldü - <font color=red><b>Video</b></font>

10:50 - 25 Avqust 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş verən yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

Bu barədə Ucnoqta.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Müəllif: