"Kanq Media Production" MMC "M Group Production" MMC-ni məhkəməyə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, "Kanq Media Production" tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Daha əvvəl "M Group Production" MMC "Kanq Media Production" MMC-ni məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürmüşdü. Həmin iddia hakim Aytən Əliyevanın icaatına verilmişdi.
Xatırlatma: "M Group Production" MMC-nin rəhbəri şoumen, tanınmış teleaparıcı, prodüser, Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovdur. Şirkət 2003-cü ildə yaradılıb. ///Pravda.az