Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 19 yaşlı qız itkin düşüb - <font color=red><b>Foto</b></font>

15:51 - 24 Avqust 2022 tarixində dərc olunub.

Bakının Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub.

Onun harada olması barədə məlumatı olan şəxslər varsa DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsi, eləcə də 3-cü Polis Şöbəsinə 0552152120, 0518414141, 0553060302, 0125907302 və 0124560302 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: