Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri bəlli oldu <font color=red><b>- Siyahı</b></font>

13:26 - 24 Avqust 2022 tarixində dərc olunub.

Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya uduzan “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

Ucnoqta.az xəbər verir ki, avqustun 26-da keçiriləcək püşkatma 15:00-da start götürəcək.

Ağdam klubunun hələ ki, 19 potensialı rəqibi bəllidi. Həmin klubların siyahısını təqdim edirik:

“Roma”, “Latsio”(hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal”(hər ikisi İngiltərə), “Braqa”(Portuqaliya), “Feyenoord”(Niderland), “Renn”, “Nant”. “Monako”(hamısı Fransa), “Real Sosyedad”, “Betis”(hər ikisi İspaniya), “Union Berlin”, “Frayburq”(hər ikisi Almaniya), “Şturm”(Avstriya), “Union”(Belçika), “Midtülland”(Danimarka), “Srvena Zvezda”(Serbiya), “Dinamo”(Kiyev, Ukrayna).

Müəllif: