Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”a qol vuran futbolçu: <font color=red><b>“Gözləmədiyim anda ...”</b></font>

12:52 - 24 Avqust 2022 tarixində dərc olunub.

“Viktoriya”nın (Plzen) forvardı Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a (2:1) qarşı keçirdikləri cavab matçından sonra danışıb.

Plzen klubunun qələbə qolunun müəllifi qoldan öncə zədələndiyini söyləyib:

“Qələbə qolunu vura bildiyim üçün xoşbəxtəm. Qoldan təxminən üç dəqiqə əvvəl qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim, amma əvəzlənmək üçün kənara işarə verməyə vaxtım yox idi. Əvəzləməyim üçün işarə etməyə hazırlaşırdım, amma elə oldu ki, ondan əvvəl gözləmədiyim halda top önümə düşdü və qol vurdum”.

Müəllif: