Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağır qəza - <font color=red><b>Ölən və yaralananlar var - FOTO (YENİLƏNİB)</b></font>

15:15 - 24 Avqust 2022 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.


12:25

Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, Zığ şosesinin şəhər istiqamətində baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

 

Müəllif: