Ucnoqta.az
www.ucnoqta.az

İrəvanda etiraz aksiyası başlayıb

22:25 - 23 Avqust 2022 tarixində dərc olunub.

İrəvanın Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Aksiyanın təşkilatçısı Ermənistanın Polşadakı sabiq səfiri Edqar Kazaryan bildirib ki, müxalifətçilər baş nazirlə görüşməyi planlaşdırırlar. Görüşün gündəliyində olan yeganə məsələ hökumət başçısının istefasıdır.

“Paşinyan vergi ödəyicilərinin pulu ilə 2 milyona avtomobil alıb, üstəgəl də helikopteri var. Qoy onlardan istifadə edərək hökumət binasına gəlib bizimlə görüşsün” – deyə keçmiş diplıomat tələb edib.

Müəllif: