Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda <font color=red><b>YENİLİK:</b></font> “Google Pay” bank sisteminə inteqrasiya olunub

22:07 - 22 Avqust 2022 tarixində dərc olunub.

“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.

Ucnoqta.az xəbər verir ki, hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız (təmassız) ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.

Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılıb və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.///apa

Müəllif: