Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zəncirvari qəza - <font color=red><b>xəsarət alanlar var</b></font>

21:30 - 22 Avqust 2022 tarixində dərc olunub.

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

Belə ki, 8 Noyabr prospektində “Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.
Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”ya çırpılaraq dayanıb.

Əks yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.///apa

Müəllif: