Yevlaxda özünü Yuxarı Qarabağ kanalına ataraq intihar edən qadının meyiti tapılıb.
Ucnoqta.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Goranboy rayon sakini Əliyeva Ayişə Şəmsi qızının meyiti FHN əməkdaşları tərəfindən kanalın Ağcəbədi rayonunun Xocəvənd kəndi yaxınlığından keçən hissəsində aşkar edilərək sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.