Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin sədri Türkiyəyə başsağlığı verib

13:51 - 21 Avqust 2022 tarixində dərc olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib. Ucnoqta.az xəbər verir ki, Sahibə Qafarova bu barədə tviter hesabında yazıb. “Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - Milli Məclisin sədri qeyd edib.
Müəllif: