Ucnoqta.az
www.ucnoqta.az

Qəza törədən yol polisinə: <font color=red><b>"Sənə dedim Mirmövsüm ağanın nəvəsiyəm ..." - VİDEO</b></font>

22:10 - 20 Avqust 2022 tarixində dərc olunub.

Bakıda yol polisi avtomobilinin zəncirvari qəza törətməsinin görüntüləri yayılıb.

Ucnoqta.az Shownews.az-a istinadən xəbər verir ki, görüntüdə hadisənin Xəzər rayonu ərazisində baş verdiyi bəlli olur.

Belə ki, 99 YP 457 dövlət qeydiyyat nişanlı BMW markalı xidməti avtomobil KİA markalı digər avtomobilə çırpılıb. O da öndə gedən "Mercedes"ə çırpılıb.

Qeyd edək ki, video həm də onu lentə alan şəxslə yol polisi arasındakı maraqlı dialoqla da diqqət çəkib. 

Həmin şəxs ona cərimə yazan yol polisinə  "Mən Mirmövsüm ağanın nəvəsiyəm, sənə dedim ki, körpə balalarım var, cərimə yazma. 50 metr gəlib qəza törətdin" deyir.

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от ShowNews (@show_news)

Müəllif: